“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, “ağ-qaralar” almaniyalı müdafiəçi Robert Bauanı transfer edib.
O son olaraq Səudiyyə Ərəbistanının “Əl-Tai” komandasının formasını geyinib.
Robert Baua karyerası ərzində Almaniyanın “Verder”, "Nürnberq” və “İnqolştadt” klublarında da çıxış edib. O, Almaniyanın U-20 və U-21 yığmalarının da formasını geyinib.

