"Kəpəz" daha bir futbolçunu heyətinə qatıb.
Prosport.Az xəbər verir ki, albaniyalı Redon Mihana "Kəpəz"ə keçib.
25 yaşlı legioner ilə "1+1" illik müqavilə bağlanıb. Mihana yarımmüdafiənin hər iki cinahında oynaya bilir. Karyerasında ilk dəfə legioner həyatı yaşayacaq futbolçu son olaraq ölkəsində aşağı diviziona yuvarlanan "Erzeni" klubunda çıxış edib.
Redon Mihana Albaniyanın 21 yaşadək millisinin də şərəfini qoruyub və orada 3 matça çıxıb.

