Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Linkoln Red İmps"də dəyişikliklər var" – Qurban Qurbanov
    21.07.2024 21:36:49

    "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln Red İmps" komandası ilə ilk oyunu üçün Cəbəllüttariqə yollanmamışdan qabaq jurnalistlər üçün təşkil edilmiş brifinqdə çıxış edib.

    Prosport.Az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

    – Hazırlıq necə keçdi?
    – Pis alınmadı. Hazırlığımız pis keçmədi. Toplanışı 2 hissəyə böldük. 1-cisi Bakıda, 2-ci hissəsi Avstriyada oldu. Yaxşı oyunlarla toplanışı başa vurduq. Futbolçuların hər birindən razı qaldım. Çox həvəsli, düzgün hazırlaşmağı bacardılar. Bəlkə 1 oyun da əlavə oynasaydıq, daha yaxşı olardı. Amma hər futbolçu 2 oyun 90 dəqiqə oynadı. Bir neçə oyundan sonra komanda tam öz idman formasını geri qaytaracaq və düşündüyümüzü bir neçə gündən sonra görəcəyik.

    – Ötənilki "Linkoln Red İmps"lə indiki arasında hansı dəyişikliklər olduğu görünür?
    – Dəyişikliklər var. Əsas heyətdə 5 yeni futbolçu oynayırdı. Demək olar ki, öz oyun sistemlərini daha da yaxşılaşdırıblar. "Hamrun Spartans"la keçirdikləri ilk oyunda da qırmızı vərəqə olmuşdu, 2-ci matçda da. 2-ci matçda 120 dəqiqə lazım olan nəticəni qoruyub-saxlaya bildilər. Sonda isə penaltilər seriyasında qalib gəldilər. "Linkoln Red İmps" bərk komandadır. Süni örtüklü meydanda oynayırlar. İlk oyunumuzu orada keçirəcəyik. Bu isə bizim üçün o qədər də xoş olmayacaq. Keçən il də bu çətinliklə üzləmişdik. Kənardan sanki rəqibə rahat şəkildə qalib gələcəyimiz görünürdü. Tam əksi oldu. Çox çətinlik çəkdik. İstənilən halda, çalışacağıq ki, oyuna tam motivasiyalı və tam ciddi şəkildə hazırlaşaq. Bunu rəqib tələb edir. Rəqibdə dəyişikliklər var. Amma desəm ki, oyunlarını tam analiz edə bildik, yox. Hər iki matçda qırmızı vərəqə olduğu üçün futbolçularıma göstərdiyim epizodlar az oldu. Ayrı-ayrılıqda rəqibin futbolçularının xarakteristikasını oyunçularımıza daha çox çatdıracağıq. Bunlara hazır olmalıyıq.

    – "Qarabağ"da yeni və keçmiş qapıçılar var. Fabiyan Buntiç və Şahruddin Məhəmmədəliyev komandaya cəlb edilib. Necədir vəziyyət?
    – Normaldır. Şahruddin bir az gec gəldi, hələ tam hazır deyil. Buntiç isə yaxşı adaptasiya keçdi. Hazırlığı da pis deyil. Ancaq əlbəttə ki, hələ bir az komanda və futbolçularla daha çox bir yerdə olması lazım və vacibdir ki, tam özünü sərbəst hiss etsin. Ümumən razıyam.

    – Yeni transferlər gözlənilir?
    – İstəyirik ki, yeni transferlər mütləq olsun. Oyuna hazırlaşmaqla bərabər, transfer işlərimizi davam etdiririk. Oyunçulara baxırıq, bəzi futbolçularla, klublarla danışıq aparırıq. Bu, ilboyu gedən prosesdir. Uğur alınsa, dəyişiklik etmək istəyirik.

    – Hansı mövqelər üçün?
    – Hücum xəttinə yeni oyunçular istəyirik. Müdafiə xətti üçün də baxışlar gedir.

    – Komandanız nə dərəcədə hazırdır?
    – Komandamız ümumən hazırdır. "Linkoln Red İmps"in üstünlüyü odur ki, onlar bizdən 2 rəsmi oyun çox keçirib. Bu onlar üçün üstünlükdür. Amma komandamız da hazırdır. Bəzi texniki detallar var. Hansı ki, ona bir az vaxt lazımdır. Nə qədər düzəltməyə çalışsaq da, mümkün deyil. Sadəcə avtomatik olaraq, zamanla düzələn bir şeydir. Minimum ilk oyuna lazım olduğu qədər hazırıq.

    – Mahir Emreli məsələsi "Qarabağ" üçün qapanıb, yoxsa hələ ehtimal var?
    – Qapanıb demək düzgün olmazdı. Amma belə danışığımız da olmayıb. Mahirin "Qarabağ"a geri qayıtması ilə bağlı ümumən ətraflı müzakirəmiz olmayıb.

    – Sizcə, "Sumqayıt" "Fehervar"ı, "Sabah" isə "Makkabi"ni keçə bilər?
    – İlk olaraq, klublarımıza uğurlar arzulayıram. Hər bir qələbə, mərhələ bizim üçün çox vacibdir. Xüsusilə də, bu vaxtlarda. Ölkə və klub reytinqi, təcrübə qazanmaq, azarkeşləri stadiona cəlb etmək baxımından çox vacib məsələdir. Hər bir komandamıza inanıram, güvənirəm. Onlara uğurlar arzulayıram. İnanıram ki, həm "Sumqayıt", həm "Sabah" öz uğurlu oyunları ilə yaxşı nəticələr əldə edəcək. "Zirə"nin "Şeriff"lə oyununa toxunsaq, qalibiyyət onların tərəfində idi. Amma bir anda hər şey tam əksinə dəyişdi. Halbuki II mərhələnin bir addımlığında idilər. Elə bu oyun digər klublarımıza da böyük inam verdi ki, hər bir rəqibə qarşı oynamaq olar. Hər bir klubumuzdan uğurlu nəticələr gözləyirik.

    – "Neftçi"nin Roman Qriqorçuk, "Turan Tovuz"un isə Qurban Berdiyevlə anlaşmasına münasibətiniz necədir?
    – Normal. Xoş gəliblər. Hər birinə uğurlar arzulayıram. Dəyişikliklər oldu. Həm məşqçilər, həm klublar, həm də azarkeşlər üçün faydalı olar. İşimiz çox olacaq.

    – Kadi Borjes məsələsinə son qoyuldu, "Qarabağ"a yox, "Ferensvaroş"a keçdi. "Krasnodar"ın mövqeyini necə qarşıladınız?
    – Normal qarşıladım. Baxmayaraq ki, xeyli danışıqlar getdi. Məncə, hər bir detala toxunmağa ehtiyac yoxdur. Sadəcə belə hallar olur. Qarşıda bəlkə daha da fərqli hallar olacaq. Bəzən ortaya fərqli fikirlər çıxır. Dünya futbolunda da görürsən ki, hamı bir oyunçunun bir komandaya keçidini gözləyir, xəbər çıxır, amma sonda başqa kluba keçir. Bu da bizdə oldu. Düzü, heç də üzülmədim. Hər bir şeydə xeyir var. Əksinə, işimiz daha da rahat olacaq ki, bu barədə danışıqlar olmayacaq.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved