Millimizin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Almaniyanın “Dinamo” (Berlin) klubu növbəti yoxlama oyununu keçirib.
Prosport.Az xəbər verir ki, İtaliyanın "Sampdorya" klubu ilə qarşılaşan berlinlilər 1:0 hesabı ilə qalib gəlib.
Yeganə qolu 13-cü dəqiqədə Rüfət Dadaşov vurub. O, 61-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, B Seriyasında çıxış edən "Sampdorya"nı məşhur italiyalı sabiq yarımmüdafiəçi Andrea Pirlo çalışdırır.

