Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan klublarından "Neftçi" və "Şamaxı" yoxlama oyunları keçirib.
Prosport.Az xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv Türkiyə I Liqa təmsilçisi "Ərzurumspor"la üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, "Neftçi" Türkiyədə bundan əvvəl 2 hazırlıq matçı keçirib. "Ağ-qaralar" "Sivasspor" (2:0) və "Alanyaspor"u (3:1) məğlub edib.
“Şamaxı” isə yay təlim-məşq toplanışında 2-ci yoxlama oyununu keçirib. Afrikalı legionerlərdən qurulan “Pelikan”la qarşılaşan Premyer Liqa təmsilçisi 5:0 hesabı ilə qalib gəlib.
"Şamaxı"nın heyətində Jonatan Benteke, Ramin Əhmədov, Belaydi Pusi və Elşad Tağıyev (2) fərqlənib.
Xatırladaq ki, "Şamaxı" daha əvvəl "Kəpəz"ə 2:1 qalib gəlmişdi.

