"Kəpəz" klubunun yoxlama keçirəcəyi növbəti rəqibin adına aydınlıq gəlib.
Prosport.Az xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycanda təlim-məşq toplanışında olan Küveytin "Əl-Yarmuk" klubu ilə görüşəcək.
İyulun 22-də Qəbələdə təşkil ediləcək görüş saat 17:30-da başlayacaq.

