"Zirə" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, Bakı klubu Bakıda Moldova "Şerif"ini qəbul edib.
“Dalğa Arena”da keçirilən görüşün 120 dəqiqəsi rəqibin 2:1 hesablı üstünlüyü ilə bitdiyi üçün penaltilər seriyası oynanılıb. Burada daha dəqiq oynayan “Şerif” növbəti mərhələyə vəsiqə qazanıb - 5:4. Komandalar arasında baş tutan ilk görüş “Zirə”nin 1:0 hesablı üstünlüyü ilə bitmişdi. “Zirə” mübarizəni UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək.

