Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Çempionlar Liqasında mərhələ adlaya bilməyib.
Prosport.Az xəbər verir ki, Albaniya çempionu I təsnifat mərhələsinin cavab görüşündə "Borats"ı qəbul edib. İlk oyunda 1:0 hesabı ilə qalib gələn Bosniya və Herseqovina təmsilçisi Albaniyadakı görüşdə uduzub - 1:2.
Qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan "Borats" mərhələni adlayıb.
Matça start heyətində çıxan Zamiq Əliyev 105-ci dəqiqədə zədələnərək meydanı tərk edib.

