"Kəpəz"in Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə ev oyunlarını keçirəcəyi məkan bəlli olub. Prosport.Az xəbər verir ki, Adil Şükürovun rəhbərlik etdiyi kollektiv rəqiblərini Tovuz şəhər stadionunda qəbul edəcək. Bu barədə PFL-in prezidentinin səlahiyyətlərini icra edən Elgiz Abbasov məlumat verib. Qeyd edək ki, "Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu yenidən qurulur.
"Kəpəz" ev oyunlarını bu stadionda keçirəcək

