AFFA İcraiyyə Komitəsinin üzvü və vitse-prezidenti Balakişi Qasımov da Almaniyada təşkil olunan Avropa çempionatında bu gün keçiriləcək final oyununu canlı izləyənlər arasında olacaq.
Prosport.Az-ın Almaniyaya ezam olunmuş əməkdaşının xəbərinə görə o, artıq Berlindədir.
İspaniya və İngiltərə yığmaları arasında oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Balakişi Qasımov həm də Avropa çempionatının oyunlarını canlı yayımlayan İctimai televiziyanın direktorudur.

