Azərbaycan klubları növbəti yoxlama oyunlarını keçiriblər.
Prosport.Az xəbər verir ki, Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" ilk sınağında Superliqa təmsilçisi “Alanyaspor”la üz-üzə gəlib.
Görüş bakılıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Sloveniyada hazırlıq keçən "Sabah" Ukrayna "Krivbas"ı ilə məhsuldar heç-heçə edib - 2:2.
Yeni mövsümə Türkiyədə hazırlaşan "Səbail" isə "Hatayspor"la 1:1 hesablı sülhə razılaşıb.

