Yeni mövsümün hazırlığını Sloveniyada davam etdirən “Sabah” bu gün növbəti yoxlama matçını keçirəcək.
Prosport.Az xəbər verir ki, Bakı təmsilçisi Ukraynanın “Krivbas” klubu ilə qarşılaşacaq.
"Brejitse" stadionunda gerçəkləşəcək matçın start fiti Bakı vaxtı ilə saat 20:30-da səslənəcək.
Qeyd edək ki, "Sabah" daha əvvəl yoxlama görüşlərində Sloveniyanın “Koper” komandasına 1:0 hesabı ilə qalib gəlib, Serbiya "Çukariçki"si ilə isə qolsuz sülhə razılaşıb.

