Türkiyədə təlim-məşq toplanışında olan “Araz-Naxçıvan”ın yoxlama oyununda ilk rəqibi dəqiqləşib.
Prosport.Az xəbər verir ki, Elmar Baxşıyevin komandası Ərzurumda iyulun 16-da meydana çıxacaq.
“Qırmızı-ağlar”ın rəqibi Türkiyə Super Liqası təmsilçilərindən “Alanyaspor” olacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Komanda toplanış çərçivəsində daha 2 oyun keçirəcək.

