UEFA Çempionlar Liqasında birinci təsnifat mərhələsinin oyunları keçirilib.
Prosport.Az xəbər verir ki, Zamiq Əliyevin formasını geyindiyi Albaniya “Eqnatiya”sı səfərdə Bosniya və Herseqovinanın "Borats" klubu ilə qarşılaşıb.
Görüş qonaqların 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Meydana start heyətində çıxan Əliyev 90-cı dəqiqədə əvəzlənib.
Cavab qarşılaşması iyulun 17-də Albaniyada olacaq.

