Yeni mövsümə hazırlaşan Azərbaycan klubları növbəti yoxlama oyunlarını keçiriblər.
Prosport.Az xəbər verir ki, Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Sabah" Serbiya "Çukariçki"si ilə qarşılaşıb. Görüşdə hesab açılmayıb.
Bakı klubu ilk yoxlama oyununda yerli "Koper" komandasına 1:0 hesabı ilə qalib gəlmişdi.
"Turan Tovuz" isə Qəbələ toplanışında ikinci qələbəsini qazanıb. Qəbələ şəhər stadionunun köməkçi meydançasında "Kəpəz"lə qarşılaşan Tovuz təmsilçisi Oto Conun dublu, Aleks Souza və Sadiq Şəfiyevin qolları ilə rəqibini 4:0 hesabı ilə məğlub edib.
Qurban Berdiyevin komandası bundan öncə II Liqa təmsilçisi "Şəmkir"ə 13 cavabsız qol vurmuşdu.