"Zirə" UEFA Avropa Liqasında mübarizəyə başlayıb.
Prosport.Az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda turnirin I təsnifat mərhələsində Moldovada "Şerif"in qonağı olub.
Tiraspol şəhərindəki "Şerif Arena"da oynanılacan qarşılaşma komandamızın minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 87-ci dəqiqədə Davut Volkov vurub.
Qeyd edək ki, cavab oyunu bir həftə sonra Bakıda “Liv Bona Dea Arena" gerçəkləşəcək.
10:12
"Zirə" bu gün UEFA Avropa Liqasında mübarizəyə başlayacaq.
Prosport.Az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda turnirin I təsnifat mərhələsi çərçivəsində Moldovada "Şerif"in qonağı olacaq.
Tiraspol şəhərindəki "Şerif Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Cavab oyunu bir həftə sonra “Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

