“Səbail” daha bir futbolçunun transferini reallaşdırıb.
Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan U-21 millisinin sabiq müdafiəçisi Mərt Çəliklə 1 illik müqavilə imzalayıb.
U-21 yığmamızın heyətində 7 qarşılaşmada 1 qola imza atan 24 yaşlı futbolçu "dənizçilər"in heyətində 20 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Mərt Çəlik daha əvvəl "Neftçi"də 2020-2023-cü illərdə icarə əsasında çıxış edib. O onda müqavilə ilə "Başakşehir"ə məxsus olub.