Heydər Əliyev adına İmişli şəhər stadionu təmirə bağlanıb.
Prosport.Az xəbər verir ki, arena "İmişli" klubunun şəxsi vəsaiti hesabına təmir olunacaq.
Ot örtüyünün yenilənməsi, yan qurğuların, bazanın təmiri və digər müxtəlif sahələrdə aparılan profilaktik işlərlə əlaqədar stadion bir müddət bağlı saxlanılacaq.