Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvili "Qarabağ"dan ayrılıb.
Prosport.Az xəbər verir ki, 25 yaşlı qolkiper karyerasını Yunanıstanda davam etdirəcək.
O bu ölkənin "Panserraikos" klubunda çıxış edəcək. Quqeşaşvili Superliqa təmsilçisi ilə müqavilə də imzalayıb. Onun sözləşməsi 2026-cı ilədək qüvvədə olacaq.
Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ildən Azərbaycan çempionunun uğurları üçün çalışıb.

