"Kəpəz" klubu iki futbolçusu ilə yolları ayırıb.
Prosport.Az xəbər verir ki, müdafiəçi Rüfət Əhmədov və yarımmüdafiəçi Latir Falın müqavilə müddəti başa çatıb.
Bu səbəbdən oyunçular Gəncə klubunu tərk ediblər.
Qeyd edək ki, “Kəpəz” daha əvvəl Junior Martins, Adama Niane, Mate Kvirkviya, Vüsal Məsimov, Elçin Əlicanov, Olavale Onanuqa, İqor Rodrigeş və Georgi Papunaşvili ilə əməkdaşlığa son qoyub.

