Yeni mövsüm üçün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən "Sumqayıt" ötən gün ilk yoxlama oyununu keçirib.
Prosport.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Rusiya Premyer Liqasında çıxış edən "Orenburq"la üz-üzə gəlib. Qızılcahamam stadionunda keçirilən qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə başa çaıb."Sumqayıt"ın qoluna ilk hissədə Nihad Əhmədzadə imza atıb.
Qəbələdə təlim-məşq toplanışında olan "Turan Tovuz" isə yoxlama görüşündə II Liqa təmsilçisi "Şəmkir"ə 13 cavabsız qolla qalib gəlib.

