“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi Lubeni Haukonqonu heyətinə qatıb.
Namibiya millisinin üzvü olan mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb. Lubeni Haukonqonun son klubu Cənubi Afrika Respublikasının “Keyp Taun Spurs” klubu olub.
Qeyd edək ki, 24 yaşlı futbolçu 2021-ci ildən Namibiya millisinə dəvət alır və cəmi 7 oyun keçirib.

