3 gün əvvəl "Səbail"dən ayrıldığını açıqlayan portuqaliyalı yarımmüdafiəçi Pedru Nununun yeni klubu müəyyənləşib.
Prosport.Az-ın xəbərinə görə, 29 yaşlı yarımmüdafiəçi 1 + 1 illik şərtlə Polşanın "Korona" klubuna keçib.
Qeyd edək ki, Pedru Nunu ötən mövsüm Azərbaycan Premyer Liqasında 34 oyun keçirib, 10 qol vurub.

