"Sumqayıt" futbolçusu Masaki Murata ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi ilə "gənclik şəhəri" təmsilçisi arasında imzalanmış müqavilənin müddəti başa çatıb.
Murata karyerasını Danimarkada davam etdirəcək. O, "Vayle" klubu ilə 3 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Masaki Murata 2023-cü ilin yanvarından "Sumqayıt"da çıxış edirdi.

