"Berdiyev 100 yaşına qədər məşqçilik edə bilər".
Prosport.Az xəbər verir ki, bu sözləri Serbiya "Partizan"ının futbolçusu Bibras Natxo deyib.
2010-2013-cü illərdə Rusiya "Rubin"ində türkmənistanlı mütəxəssisin rəhbərliyi altında çıxış etmiş yarımmüdafiəçi 72 yaşlı çalışdırıcının "Turan Tovuz"un "sükanı arxası"na keçməsinə münasibət bildirib: "O özünü tamamilə futbola həsr edib. Həftənin 7 günü 24 saat bu işlə məşğuldur. Berdiyev hər xırda detala önəm verir. O, karyeram ərzində çalışdığım ən yaxşı məşqçidir. Rusiyaya da gənc yaşında məhz Berdiyevə görə gəlmişdim. O daha yaxşı olmağım üçün hər şey etdi".
Qeyd edək ki, Qurban Berdiyev ötən ay "Turan Tovuz"un baş məşqçisi təyin olunub.

