Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Zaur Axundov daha bir federasiyanın prezidenti oldu – FOTOLAR
    6.07.2024 11:44:10

    Naxçıvan Futbol Federasiyasına yeni sədr seçilib.

    Prosport.Az xəbər verir ki, Naxçıvan Futbol Federasiyasının (NFF) inzibati binasında qurumun prezidenti vəsifəsinə seçki ilə bağlı iclas keçirilib. İclasda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının əməkdaşları, gənclər və idman idarələrinin rəisləri, federasiya nümayəndələri və aidiyyəti şəxslər iştirak edib. 

    Gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov iclasda çıxışı zamanı gündəlikdə duran əsas məsələ ilə bağlı fikirlərini bölüşüb, federasiyadakı prezident seçkisinin Naxçıvan futbolunda əsaslı dönüşün yaranmasına səbəb olacağına inamını ifadə edib, təmsil etdiyi qurumun öz səlahiyyətləri çərçivəsində idmanın inkişafına xidmət edən istənilən əməkdaşlığa, dəstəyə daim hazır olduğunu vurğulayıb:

    “Hazırda muxtar respublikada 17 stadion, 28 minifutbol meydançası var, mindən çox uşaq və gənc aktiv şəkildə futbolla məşğuldur. Futbol ilə yanaşı minifutbol, futzal və çimərlik futbolunun inkişafı üçün əlverişli şərait mövcuddur. Hazırki və gələcək infrastruktur imkanları, məşqçi-idmançı bazası, region əhalisinin bu sahəyə olan güclü marağı və kütləvilik amili bu sahənin inkişafı üçün əsaslı zəmin yaradır. Bununla yanaşı, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”, eləcə də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlığımız əsasında nəzərdə tutulan infrastruktur layihələri də futbolun inkişafına öz töhfəsini verəcəkdir”.

    Məcid Seyidov federasiya prezidenti vəzifəsinə Axundov Zaur Asif oğlunun namizədliyini irəli sürüb. Açıq səsvermənin nəticələrinə uyğun olaraq Zaur Axundov yekdilliklə NFF-nin prezidenti seçilib.

    Yeni seçilmiş federasiya rəhbəri etimada görə minnətdarlığını bildirib, federasiyanın 1-ci növbədə muxtar respublikada uşaq futbolunun inkişafı ilə bağlı işlər aparacağını diqqətə çatdırıb. Naxçıvandakı futbolsevərlərin “Araz-Naxçıvan” intizarına son qoymaq, eyni zamanda yerli futbolçuların inkişafına nail olmaq üçün yaxın zamanlarda muxtar respublika stadionunun təmir olunaraq beynəlxalq tələblər səviyyəsinə gətirilməsi ilə bağlı işlər aparıldığını deyən federasiya prezidenti bununla paralel bölgələrdə yeni futbol qruplarının yaradılması, yarışların keçirilməsi, məşqçilərin təhsili və digər planlar barədə danışıb, Naxçıvanda futbolun dirçəlişi üçün maksimum çalışacaqlarını diqqətə çatdırıb.

    Qeyd edək ki, Zaur Axundov həm də Azərbaycan Futzal Federasiyasının prezidentidir.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved