"Neftçi"nin sabiq baş məşqçisi Miodraq Bojoviç İranın "İstiqlal" (Xuzistan) klubu ilə anlaşıb.
Prosport.Az xəbər verir ki, monteneqrolu mütəxəssisin müqaviləsinin təfərrüatları açıqlanmayıb.
"İstiqlal" ötən mövsüm İran çempionatını 14-cü yerdə tamamlayıb.
Qeyd edək ki, 56 yaşlı məşqçi 2023/2024 mövsümündə "Neftçi"ni çalışdırıb. Paytaxt klubu onun rəhbərliyi altında mövsümü 5-ci pillədə bitirib və avrokuboklardan kənarda qalıb.

