Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun yeni klubu bəlli olub.
Prosport.Az xəbər verir ki, futbolçu karyerasını Polşada davam etdirəcək.
O, “Radomyak”la 2 illik müqavilə imzalayıb.
Rahil bu ilin yanvar ayında Polşanın LKS klubuna transfer olunub. O, komandanın Ekstraklasanı tərk etməsindən sonra Luç təmsilçisi ilə yollarını ayırıb.
"Radomyak” son mövsümdə Ekstraklasanı 38 xalla 15-ci pillədə başa vurub.
Qeyd edək ki, Rahil Məmmədov ötən mövsümün 2-ci hissəsində LKS-in heyətində 16 oyunda forma geyinib.

