"Qarabağ"ın futbolçusu Juliu Romaunun "Ferentsvaroş"a transfer ola biləcəyi yenidən gündəmə gəlib.
Prosport.Az xəbər verir ki, "Csakfoci" portalı Macarıstan nəhənginin braziliyalı yarımmüdafiəçini transfer siyahısına daxil etdiyini yazıb.
Xatırladaq ki, "Ferensvaroş" ötən mövsüm də Juliu Romauya gözünü dikmişdi.
Futbolçunun "Qarabağ"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. 26 yaşlı oyunçu 2022-ci ildə “Santa Klara”dan “Qarabağ”a keçib. Onun adı hələ dekabrdan Macarıstan klubu ilə çəkilir.

