Elhad Nəziri "Cəbrayıl"ın baş məşqçisi təyin edilib.
Prosport.Az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
B kateqoriyalı mütəxəssis ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Elhad Nəziri futbolçu kimi "Lokomotiv" (Bakı), "Milsami" (Moldova), "Petrolul" (Rumıniya),"İnter" (Bakı), "Metralul" (Rumıniya) klublarının formasını geyinib. Rumıniya Kubokunun qalibi və çempionatın bürünc mükafatçısı olub.
Gənc çalışdırıcı “Cəbrayıl”la Region Liqasının qalibi və II Liqanın gümüş medalçısı olub.
Xatırladaq ki, daha əvvəl "Cəbrayıl"ın baş məşqçisi olmuş Cavid Hüseynov isə yeni mövsümdən "Turan Tovuz"da Qurban Berdiyevin köməkçisi kimi çalışacaq.

