Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ" Azərbaycanın ən böyük klubudur" – "Neftçi"nin legioneri
    4.07.2024 11:40:32

    “Neftçi”nin macarıstanlı futbolçusu Mark Tamaş “Sumqayıt”ın Avropa Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan “Fehervar”ın rəsmi saytına müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Sekeşfehervarda doğulan və bu şəhərdə böyüyən bir oyunçu kimi hazırda “Neftçi”nin futbolçususunuz. Bakıya necə getdiyiniz barədə məlumat verə bilərsiniz?
    – “Fehervar”, “Puşkaş Akademiyası” və “Dioşdyor”da oynadıqdan sonra legioner həyatı yaşamağa başladım. İndi isə Bakıdayam. Adrian Mutunun istəyi ilə ötən il “Şepşi”dən bura gəldim. O məni Rumıniya çempionatından tanıyırdı. İddia etmirəm ki, transfer olunanda Azərbaycan futbolu barədə hər şeyi bilirdim. Amma liqa haqqında çox məlumatım var idi. Əsasən də “Qarabağ”a görə. “Neftçi” Azərbaycanın “Qarabağ”dan sonra 2-ci ən böyük klubudur.

    – Azərbaycanda ilk mövsümünüz necə keçdi?
    – Təəssüf ki, ötən ilimiz istədiyimiz kimi getmədi, son turdan əvvəl 2-ci yerdə olsaq da, evdə 0:1 hesabı ilə uduzduq. Digər nəticələr isə elə oldu ki, 5-ci pilləyə düşdük, avrokuboklardan kənarda qaldıq. Bütün mövsüm bir az xaotik keçdi. Ancaq ümumilikdə özümü yaxşı hiss edirəm, ümid edirəm ki, növbəti mövsüm bizim üçün daha yaxşı olacaq. Mənim üçün ən çətini yerli iqlimə alışmaq idi. İlk vaxtlar bu baxımdan əsl kabus oldu. Təkcə həddindən artıq isti ilə deyil, həm də böyük rütubətlə mübarizə aparmalı oldum. Başlanğıcda çox tez nəfəsim kəsilirdi, amma yavaş-yavaş uyğunlaşmağa nail oldum. Azərbaycan çempionatı Macarıstan liqasına bir az bənzəyir. Ona görə ki, “Qarabağ” “Ferensvaroş” kimi görkəmli komandadır. Ondan başqa fəxri kürsü üçün mübarizə aparan daha 4 yaxşı komanda var. 2-ci və 5-ci yer arasındakı fərq cəmi 2 xal idi. Digər komandalar bir-birlərinə qarşı oynamağa üstünlük verir və onlar cədvəlin 2-ci yarısında yer alır. Macarıstan və Azərbaycan çempionatları həm də ona görə oxşardır ki, komandalar bir neçə dəfə bir-birləri ilə oynayır. Azərbaycanda bir mövsümdə hər komanda ilə 4 dəfə oynayırsan. Bununla belə, bütün Azərbaycan komandalarının liqada riayət etməli olduğu xüsusi qayda da var və bu, hər klubun start heyətində ən azı 4 azərbaycanlı futbolçunun olmasıdır.

    – “Fehervar”ın Konfrans Liqasındakı rəqibi Azərbaycan çempionatınını sizdən 1 xal öndə tamamlayan “Sumqayıt” olacaq. Bu komanda haqqında nə bilmək lazımdır?
    – Sizi tam yeni stadionda qəbul edəcəklər. Keçən il orada 1 oyun keçirdik. “Sumqayıt” da əks-hücumlara çox önəm verən komandalardandır. Təhlükəsiz müdafiədən hücumlara başlayırlar və bunda kifayət qədər bacarıqlıdırlar. Ancaq gördüyüm kimi, son bir neçə həftədə onların bütün hücumçuları satılıb və bu futbolçuları kimlərin əvəzləyəcəyi hələ məlum deyil. Həm də komanda üçün xarakterikdir ki, onlar daim yarımmüdafiə xəttində hərəkətlidir. Əgər bunun qarşısını ala bilsən, o zaman Azərbaycan komandasını qapından uzaq tuta bilərsən. Sizin üçün böyük çətinlik yarada biləcək şey burada artıq qeyd olunan iqlimdir. Həqiqətən də bunun öhdəsindən gəlmək asan olmayacaq.

    – “Fehervar”ı da izləyirsiniz?
    – “Fehervar” barədə məlumatlıyam. Bu komanda həmişə ürəyimdə olub və bu dəyişməyib. Azərbaycanda bu komanda ilə bağlı xəbərləri gündəlik izləyirəm.

    – Necə düşünürsünüz, bu dueldə şanslar necədir?
    – Düşünürəm ki, “Fehervar” daha da irəli gedəcək. Azərbaycandakı matç iqlimə görə çətin ola bilər. Amma radikal dəyişiklik olmasa, evdəki matçda iki komanda arasında keyfiyyət fərqini hiss edəcəksiniz.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved