“Kəpəz” komandası daha 3 futbolçu ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, “sarı-göylər” Olavale Onanuqa, İqor Rodriqeş və Georgi Papunaşvili ilə vidalaşıb. Onlarla başa çatan müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, “Kəpəz” daha əvvəl Junior Martins, Adama Nyan, Mate Kvirkvia, Vüsal Məsimov və Elçin Əlicanovla əməkdaşlığa son qoyub.

