AFFA-da yeni təyinat olub.
Prosport.Az xəbər verir ki, Arif Bayramov Marketinq və Sponsorluq Departamentinin rəisi postundan uzaqlaşdırılıb.
Onu bu vəzifədə Aysu İbrahimli əvəzləyib.
Qeyd edək ki, Aysu İbrahimli bunadək "Neftçi"nin Kommuniasiya Departamentinin rəhbəri olub.

