Ukraynanın “Şaxtyor” (Donetsk) komandasından ayrılan Aleksey Kaşşuk yenidən Azərbaycana qayıda bilər.
Prosport.Az xəbər verir ki, 24 yaşlı hücumameyilli yarımmüdafiəçinin xidmətində sabiq klubu “Sabah” maraqlıdır.
İddiaya görə, Bakı təmsilçisi vingerlə müqavilə bağlamağa yaxındır.
Qeyd edək ki, Aleksey Kaşşuk 2022/23 mövsümündə icarə əsasında “Sabah”da çıxış edib. Onun "Qarabağ"a keçəcəyi deyilsə də, futbolçu bu yaxınlarda bunu təkzib edib.

