Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun şərəfini qoruduğu LKS klubu bu gün təlim-məşq toplanışına başlayıb.
Prosport.Az xəbər verir ki, 29 yaşlı müdafiəçi hazırlıq prosesinə start verən heyətdə yer almayıb.
Buna onun Polşa klubundakı taleyinin qeyri-müəyyən qalması səbəb olub. Rahil Məmmədovun Luç təmsilçisində qalıb-qalmayacağı hələ dəqiqləşməyib. Onun karyerasını harada davam etdirəcəyi yaxın günlərdə müəyyənləşməlidir.
Qeyd edək ki, mərkəz müdafiəçisi bu ilin əvvəlində “Qarabağ”dan LKS klubuna keçib.

