Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İmişli"nin baş məşqçi təqdimatının rayonda yox, Bakıda olması barədə: "2 səbəbi var"
    1.07.2024 17:23:21

    "Baş məşqçinin təqdimatının Tofiq Bəhramov adına Respublika stadionunda olmasının 2 səbəbi var". 

    Bunu Prosport.Az saytına müsahibəsində I Liqa təmsilçisi olan "İmişli" klubunun icraçı direktoru Aqşin Mürsəlov deyib.

    "İmişli" 3 gün əvvəl baş məşqçi postuna gözlənilən təyinatı açıqlayıb. Fərid Namazovla 1 + 1 şərti ilə müqavilə imzalanıb. Sadəcə, Əsgər Abdullayevi əvəzləyən F.Namazovun təqdimatının doğma İmişlidə yox, Bakıda baş tutması qaranlıq qalıb və özü ilə bir neçə sual formalaşdırıb.

    "İmişli" rəsmisi bu məsələni şəraitlə əlaqələndirib: "Rayonda Bakıdakı kimi şəraitimiz yoxdur. Amma İmişlidə də təqdimat olacaq. Həm də bununla bir mesaj vermək istədik ki, biz Premyer Liqada çıxış etmək niyyətindəyik. Respublika stadionu həmişə ölkənin 1 nömrəli arenası olub. 

    Bu o cür qəbul edilməsin ki, biz ev oyunlarımızı Bakıda keçirmək istəyirik. Çünki hazırda İmişli şəhər stadionunun təbii ot örtüyünü və məşq üçün olan süni qazonu düzəltmək üçün çalışırıq. Bizim komandanın əsas özəlliyi azarkeşinin olmasıdır. Biz də bu azarkeşi dəyişmək niyyətində deyilik. Hədəfimiz yenə Premyer Liqadır".

    O, 2 aydır ki, komandanın futbolçularının maaş almaması ilə bağlı yayılanlar barədə isə bunları deyib: "Futbolçular mülki müqavilə əsasında maaş alır. Onlar zamanında vergi ödəməyiblər, hesabatları təqdim etməyib. Çox futbolçu ilə də yollarımızı ayırmışıq. Onlara akt yazdırıb, qol çəkdirmək lazımdır ki, klubun futbolçulara borcu yoxdur. Bu məsələ yaxın zamanda yoluna qoyulacaq".

    Qeyd edək ki, yeni baş məşqçi Fərid Namazov ötən ilədək 19 yaşadək millimizdə rəsmi, "İmişli" klubunun Akademiyasında isə koordinator kimi qeyri-rəsmi çalışıb. Ona köməkçi kimi millimizin və "Qarabağ"ın mərkəz müdafiəçisi Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev təyin olunub. Ə.Mustafayev ötən mövsüm II Liqada İmişlinin digər klubu "Kür-Araz"ı çalışdırıb. "Kür-Araz" yarışı 39 xalla 6-cı sırada bitirib.

    Səbuhi Musa 

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved