I Liqada çıxış edən “İmişli” komandasında yeni məşqçi cəlb olunub.
Prosport.Az xəbər verir ki, köməkçi məşqçisi vəzifəsinə Ələmdar Mustafayev təyin edilib.
Qeyd edək ki, Ə.Mustafayev millimizin və "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadənin atasıdır. O, ötən mövsüm II Liqada mübarizə aparan və yarışı 39 xalla 6-cı sırada bitirən İmişlinin digər təmsiçisi "Kür-Araz"ın baş məşqçisi olub.

