"Qarabağ"dan ayrılan Adama Diakabi Türkiyədə oynayacaq.
Prosport.Az xəbər verir ki, fransalı yarımmüdafiəçi "Bandırmaspor"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu 2023-cü ilin yanvarında "Qarabağ"a keçmiş, ötən ay isə komandadan ayrılmışdı.
Fransalı futbolçu Ağdam klubunda 33 matçda 7 qol vurub.

