Yeni mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edəcək “Şamaxı” komandası heyətini gücləndirib.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi qapıçı Kamal Bayramovu transfer edib.
39 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, K.Bayramovun son klubu “Turan Tovuz” olub.

