“Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışı zamanı qarşılaşacağı 2 rəqibi bəlli olub.
Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisi əvvəllər Çempionlar Liqasında oynadığı, Çexiyada ötən mövsümün bürünc medalçısı “Viktoriya”(Plzen) ilə qarşılaşacaq.
Matç iyulun 9-da baş tutacaq. Ağdam təmsilçisi həmin gün daha bir oyun keçirəcək. Belə ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 2-ci Bundesliqa klubu “Kayzerslauten” önünə çıxacaq.
Əlavə edək ki, "Qarabağ" iyunun 18-də paytaxtdakı hazırlıqlarına start verib. Toplanışın 2-ci mərhələsi iyulun 5-dən 17-nə qədər Avstriyada baş tutacaq.

