Azərbaycan millisinin sabiq üzvü Sərtan Daşqın Türkiyənin "Manisa" komandasını tərk edib.
Prosport.Az xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb.
27 yaşlı sağ cinah müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Sərtan Daşqın "Manisa"ya bu ilin yanvarında "Turan Tovuz"dan keçmişdi. O, Türkiyə klubu ilə 1,5 illik müqavilə imzalamışdı. Türk əsilli futbolçu Manisa klubu ilə I Liqada 15 oyun keçirib.
Xatırladaq ki, dünən millimizin üzvü Coşqun Diniyevin də Türkiyənin "Ümraniyəspor" klubunu tərk etdiyi müəyyənləşmişdi.

