Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA Avropa Konfrans Liqasına təyinat alıb.
Prosport.Az xəbər verir ki, o, I təsnifat mərhələsində Albaniyanın "Vlazniya" və İslandiyanın "Valyur" klubları arasında keçiriləcək cavab oyununun baş hakimi olacaq.
Ona yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcək. 4-cü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 18-də Albaniyanın Şkoder şəhərindəki "Loro Boriçi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

