Millimizin futbolçusu Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” klubundan ayrılıb.
Bu barədə Prosport.Az-a onun atası Şahin Diniyev məlumat verib.
28 yaşlı dayaq yarımmüdafiəçisi Türkiyə klubundan maaşını ala bilməməsi səbəbindən müqaviləsinə birtərəfli şəkildə xitam verib. Futbolçu hazırda Türkiyənin I Liqasında çıxış edən və Super Liqaya çıxmağa çalışan klublarla danışıqlar aparır.
Qeyd edək ki, Coşqun Diniyev ötən mövsüm Türkiyə I Liqası və Kubokunda ümumilikdə 33 oyun keçirib. O, 3 qol və 2 məhsuldar ötürməsi ilə yadda qalıb.

