"Dinamo"nun hücumçusu Mahir Emreli "Qarabağ"a keçə bilər.
Prosport.Az xəbər verir ki, Ağdam klubu Azərbaycan millisinin hücumçusu üçün "Dinamo"ya təklif göndərib.
Xorvatiya mətbuatının iddiasına görə, Emreli də komandadan ayrılmaq istəyir: "Qarabağ"ın təklifi hələ də qüvvədədir. Azərbaycanlı hücumçunun nəhayət ki, getməyə razı olub-olmayacağını yaxın vaxtlarda görəcəyik".
Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

