Transfer çalışmalarını davam etdirən “Qəbələ” daha bir futbolçunu heyətinə qatıb.
Prosport.Az xəbər verir ki, Qəbələ futbol akademiyasının yetirməsi olan Müşfiq Nadirov “qırmızı-qaralar”ın formasını geyinəcək.
22 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb.
Müşfiq Nadirov 2023/24 mövsümündə “Zaqatala”da çıxış edib. O, karyerası ərzində “Qəbələ-2” və “Kəpəz”in də uğurları üçün çalışıb. Qapıçı Azərbaycanın U-16 və U-20 yığmalarına da cəlb olunub.
Qeyd edək ki, “Qəbələ” bunadək müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu da heyətinə qatıb.
14:03
"Qəbələ” növbəti transferini gerçəkləşdirib.
Prosport.Az xəbər verir ki, "qırmızı-qaralar” Urfan İsmayılovu heyətinə qatıb. 28 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
İsmayılov ötən mövsüm “Qaradağ Lökbatan”ın formasını geyinib. O, bunadək “Rəvan-2”, “Zirə-2”, “Şamaxı” və “Səbail”də çıxış edib.
Qeyd edək ki, “Qəbələ” Urfan İsmayılovadək müdafiəçi Vüqar Həsənovu heyətinə qatıb.
13:08
2024-2025-ci illər mövsümünün transfer çalışmalarına start verən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.
Prosport.Az xəbər verir ki, müdafiəçi Vüqar Həsənov “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Vüqar Həsənov son 2 mövsümdə “Səbail”in formasını geyinib. O, bunadək “Şamaxı-2” (2017/18), “Neftçi-2” (2020), “Kəpəz” (2021/22) komandalarında çıxış edib. Müdafiəçi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin də şərəfini qoruyub.

