"Turan Tovuz" heyətinə daha bir rusiyalı qapıçı cəlb edib.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi Sergey Samokla anlaşıb.
23 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Son olaraq “KamAz”ın şərəfini qoruyan oyunçu daha öncə vətənində “Tom”, “Soçi”, “Novosibirsk” və “Rotor” klublarının formasını geyinib.
Qeyd edək ki, "Turan Tovuz" daha əvvəl rusiyalı qapıçı İvan Konovalovla 1+1 illik müqavilə bağlamışdı.

