“Krasnodar”ın futbolçusu Kadi Borjes böyük ehtimalla bu mövsümdən yenidən “Qarabağ”ın formasını geyinəcək.
Prosport.Az xəbər verir ki, braziliyalı vinger Azərbaycan çempionu ilə müqavilənin bütün şərtlərini razılaşdırıb. Lakin transferin reallaşması üçün Ağdam klubu “Krasnodar” rəhbərliyinin razılığını almalıdır.
Qeyd edək ki, Kadi Borjes “Krasnodar”a ötən ilin yanvarında “Qarabağ”dan keçib.

