"Neftçi" Peşəkar Futbol Klubunun (PFK) Müşahidə Şurasının yeni sədri Hafiz Zeynalov "Neftçi" İdman Klubundakı (İK) işini davam etdirəcək.
Prosport.Az-ın xəbərinə görə, 40 yaşlı H.Zeynalov SOCAR prezidenti (həm də AFFA prezidenti) Rövşən Nəcəfin köməkçisi, Aparat rəhbəri, İşlər idarəsinin rəisi olaraq artıq həm "Neftçi" PFK, həm də "Neftçi" İK-ya rəhbərlik edəcək.
Onun hər iki işi ictimai əsaslarla olduğundan, bu, qanunvericiliklə hüquq pozuntusu deyil. Bu səbəbdən də Hafiz Zeynalov "Neftçi" İK-da İdarə Heyətinin sədri kimi də işini davam etdirəcək.

