Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Neftçi"nin Müşahidə Şurasının 4 yeni üzvü kimdir? – TANITMA
    25.06.2024 11:48:02

    "Neftçi"nin yeni Müşahidə Şurasının tərkibi təsdiqlənib.

    Prosport.Az-ın xəbərinə görə, 2022-ci ilin 30 noyabrında təyin olunmuş köhnə üzvlərdən elm və təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov və SOCAR prezidenti Rövşən Nəcəfin köməkçisi, Aparat rəhbəri, İşlər idarəsinin rəisi, həmçinin "Neftçi" İdman Klubunda İdarə Heyətinin sədri Hafiz Zeynalov Müşahidə Şurasında qalıb. H.Zeynalova şuranın yeni sədri vəzifəsi həvalə edilib.

    Bəs yeni üzvlər kimlərdir?

    Fərid Hacıyev – ötən ilin oktyabrın 4-də vergi qeydiyyatına alınmış SOCAR-ın törəmə şirkəti olan “SOCAR Projects International” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) qanuni təmsilçisidir. O vaxtilə Vergilər Xidmətində işləyib. O, 2019-cu ilin fevralın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

    Emil Alxaslı – 2019-cu ilin sonlarında yaradılmış “SOCAR Downstream Management” MMC-nin icraçı direktoru vəzifəsində çalışır. Ötən ilin yanvarından bu vəzifədədir. Bundan öncə SOCAR-ın törəmə təşkilatlarında, o cümlədən “SOCAR Türkiyə”də və TOTAL kimi dünyaca məşhur enerji şirkətində çalışıb. Ötən ilin dekabrında “SOCAR Polymer İnvestments” MMC-nin direktoru da təyin olunub.

    Bəxtiyar Aslanbəyli – Böyük Britaniyanın "British Petroleum" (BP) şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidentidir. O, Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvü, beynəxalq münasibətlər və enerji məsələləri üzrə mütəxəssisdir. 2017-ci ildə ölkənin neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. O, həmçinin Emin Əmrullayevin rəhbəri olduğu Basketbol Federasiyasının Rəyasət Heyətinin üzvüdür. 47 yaşı var.

    Afaq Məmmədova – 2016-cı ilin aprelindən SOCAR-da işləyir. O, böyük hüquq məsləhətçisi və Hüquq Departamentinin rəhbər müavini vəzifələrində işlədikdən sonra ötən ilin avqustunda SOCAR-ın qanunvericilik və hüquqi məsələlər üzrə vitse-prezidentinin müavini təyin olunub. 

    Qeyd edək ki, "Neftçi"nin əvvəlki Müşahidə Şurasının sədri Rövşən Nəcəf aprelin 2-də AFFA prezidenti seçildiyindən, qurumdan ayrılıb. Həmçinin, "Neftçi"nin veteranı Səməd Qurbanov AFFA İcraiyyə Komitəsinə üzv seçildiyindən, Müşahidə Şurasındakı üzvlüyünə xitam verilib. Zaur Qəhrəmanov martın 31-də sosial şəbəkə hesabında "Neftçi"dən ayrıldığını bildirib. BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda insanlar və korporativ mədəniyyət üzrə vitse-prezidenti Elnarə Məmmədova isə budəfəki tərkibdə yoxdur.

    Səbuhi Musa

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved