Türkmənistanlı mütəxəssis Qurban Berdiyev “Turan Tovuz”un baş məşqçisi təyin olunub.
Prosport.Az xəbər verir ki, onunla 2+1 illik müqavilə bağlanıb.
Daha çox Rusiya təmsilçisi “Rubin”dəki uğurları ilə tanınan Qurban Berdiyev Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi”, Türkmənistanda “Nisa” və əsas milli komanda, İranda “Traktor”, Rusiyada “Rostov”, “Soçi”, “Dinamo” (Mahaçqala) komandalarına rəhbərlik edib.
PRO kateqoriyalı mütəxəssis “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Rusiya Superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub. O, 2020/2021 mövsümündə “Kayrat”la Qazaxıstan Kubokunu başı üzərinə qaldırıb.

